Fransa prezidenti Emmanuel Makron Strasburqda keçirilən mitinqdə mübarizəsinin təkcə Fransa üçün deyil, həm də Avropa üçün olduğunu vurğulayıb.
Editor.az “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, ifrat sağçıların məqsədinin Avropa İttifaqından çıxmaq olduğunu qeyd edən Makron Marin Le Penin prezident seçiləcəyi təqdirdə Avropaya millətçilik və müharibənin geri qayıdacağını bildirib.
Makron Avropada min illərlə müharibələr olduğunu, Avropanın vətəndaş müharibələri ilə qurulduğunu və millətçilər arasında gedən müharibələr səbəbindən dəfələrlə dağılma təhlükəsi ilə üzləşdiyini bildirib. Le Penin Fransanın prezident seçiləcəyi təqdirdə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) üzv olmayacağı ilə bağlı açıqlamasına reaksiya verən Makron AİHM və Avropa İnsan Haqları Konvensiyasının əhəmiyyətini də açıqlayıb.
Qeyd edək ki, Emmanuel Makron və Marin Le Pen aprelin 24-də keçiriləcək prezident seçkilərinin ikinci turunda mübarizə aparacaqlar.
//Gülnarə Abasova, Editor.az

