Makron Paşinyanla regiondankı vəziyyətdən danışıbbackend

Makron Paşinyanla regiondankı vəziyyətdən danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyan ilə telefonla danışıb.

Editor.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, tərəflər regiondakı vəziyyəti müzakirə edib. Paşinyan Makronun bölgədə uzunmüddətli sülh və sabitlik yaratmağa yönəlmiş səylərini yüksək qiymətləndirib.

Həmsöhbətlər gündəmdəki ikitərəfli məsələləri və bir sıra sahələrdə əməkdaşlığın gücləndirilməsi perspektivlərini də müzakirə ediblər.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makronla Ermənistanın baş naziri Nikol Paşinyan arasında son telefon danışığı avqustun 3 -də olub.

//Editor.az