Makron prezidentliyə namizəd Zemmura eşitmə aparatlarından istifadə etməyi məsləhət görübbackend

Makron prezidentliyə namizəd Zemmura eşitmə aparatlarından istifadə etməyi məsləhət görüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Makron prezidentliyə ifrat sağçı namizəd Erik Zemmura eşitmə cihazından istifadə etməyi təklif edib.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Fransa prezidenti Makron paytaxt Parisin simvollarından biri olan Trocadero meydanında Eyfel qülləsi yaxınlığında prezidentliyə namizəd Erik Zemmurun təşkil etdiyi mitinqdə “Makron qatildir” şüarlarının səsləndirilməsi ilə bağlı Dijon şəhərində jurnalistlərə açıqlama verib.

Bunun Zemmura yaraşmadığını dilə gətirən Makron səhiyyə sahəsində həyata keçirdiyi ən mühüm islahatlardan birinin eşitmə aparatlarının, eynəklərin və diş protezlərinin tam sığorta ilə əhatə olunması olduğunu, buna görə də eşitmə qabiliyyəti zəif olan Zemmura eşitmə cihazlarından istifadə etməyi tövsiyə etdiyini bildirib.

Qeyd edək ki, Zemmour Twitter hesabından verdiyi açıqlamada mitinq zamanı bu şüarı eşitmədiyini və dəstəkləmədiyini bildirib.

//Gülnarə Abasova, Editor.az