Makron Putini devirmək istəklərindən danışdı- “O, Rusiya Prezidenti ilə masaya oturmaq üçün yollar axtarır”backend

Makron Putini devirmək istəklərindən danışdı- “O, Rusiya Prezidenti ilə masaya oturmaq üçün yollar axtarır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransa imperialist, Afrikadan Asiyaya, Cənubi Amerikadan Avropaya qədər geniş arenada müstəmləkləri olan bir dövlətdir Hətta Napaleonun doğulduğu Korsika adası belə Fransaya işğal nəticəsində birləşdirilib. İkinci Dünya Müharibəsindən sonra, xüsusilə son 10-15 ildə dünyanın müxtəlif bölgələrində müstəmləkələrini Rusiya və ABŞ başda olmaqla, Qərb ölkələri ilə rəqabətdə itirən Fransa Yeni Dünya nizamında yer almaq, pay qopartmaq üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxır. Rusiyanın Ukraynaya hərbi təcavüzünün başladığı gündən, həm Ukraynaya hərbi-siyasi dəstək verir, həm də Rusiya ilə danışıqlar masasında başda oturmaq istəyir. Bütün bunlar alınmayanda Putini devirmək planını ortaya atır, təhdid edir”.

Bu fikirləri Editor.az-a politoloq Fəqani Məhərrəmli Qərbin Rusiyada hakimiyyət dəyişikliyi ilə bağlı istəklərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Rusiyada hakimiyyət dəyişikliyi etmək nə Fransanın, nə də Makronun potensialı daxilində deyil:

“Rusiyanın Ukraynaya hərbi təcavüzündən əvvəl tez-tez NATO-nun beyin ölümü gerçəkləşdirdiyi, Avropanın yeni ordu qurmaq vaxtının gəlib çatdığını söyləyən, hərbi təcavüzdən sonra yüz səksən dərəcə fikir dəyişdirən bir liderin sözünün düzgünlüyü ciddi sual doğurur. Yəni, Makronun dərdi Ukraynanın dağılan şəhər və kəndləri, həyatını itirmiş və ya ölkəsindən didərgin düşmüş insanların faciəsi deyil, əsl məqsəd bu fəlakətdən necə yararlana bilmək dərdidir. Savaşın başladığı 24 fevral 2022-ci il tarixdən bu günədək Fransanın da daxil olduğu Qərb təbliğat maşını RF prezidenti V.Putin haqqında guya ağır xəstə olması, bu gün-sabah öləcəyi, hakimiyyətdən uzaqlaşdırıldığı və ya uzaqlaşdırılacağı ilə bağlı bol-bol yalanlar uydurublar ki, bunlar da zamanla yalanlanıb və etibarsızlaşıb. Fransa prezidenti E.Makronun Münhen Təhlükəsizlik Konfransında Putini devirmək cəhdi barədə danışması, əslində Fransanın kollektiv Qərbə xəyanəti, Makronun isə ştreykbrexerliyi kimi dəyərləndirilə bilər. Hiss olunur ki, Makron Putinlə masaya oturmaq üçün yollar axtarır”.

//Gülnarə Abasova, Editor.az