Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putini Fransanın ən yüksək mükafatı – Fəxri Legionun Böyük Xaçı medalından məhrum etmək istəyir.
Editor.az bildirir ki, bu barədə “Associated Press” məlumat verib. Məlumata görə, buna səbəb Ukrayna lideri Volodimir Zelenskinin eyni mükafatı almasıdır. Makronun sözlərinə görə, bu, Fransanın genişmiqyaslı müharibə başlayandan bəri Ukraynanın şücaətini böyük ölçüdə qəbul etməsinin nümayişidir.
Qeyd olunur ki, Ukraynada hərbi əməliyyatların başlaması ilə əlaqədar bəzi fransalı deputatlar və fəallar Fransa prezidentini Putinin mükafatını ləğv etməyə çağırırlar. Putin həmin mükafatı 2006-cı ildə o vaxtkı lider Jak Şirakdan alıb. Makron belə bir qərarın “ciddi əhəmiyyət kəsb edir və lazımi anda qəbul edilməlidir” cavabını verib.
Qeyd edək ki, Makron bir ara bu mükafatı ləğv etmişdi. Məsələn, Makron 2017-ci ildə haqqında yayılmış cinsi təcavüz iddialarından sonra Hollivud prodüseri Harvi Vaynşteyni medaldan məhrum edib. Biabırçı velosipedçi və keçmiş “Tour de France” ulduzu Lance Armstronq da sözügedən mükafatdan məhrum olunub.
//Samir Qurbanov, Editor.az