Makron: “Putinlə görüşə bilərəm, amma hələ danışılacaq bir şey yoxdur”backend

Makron: “Putinlə görüşə bilərəm, amma hələ danışılacaq bir şey yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa lideri Emmanuel Makron Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa Siyasi Birliyi Sammitindən sonra keçirdiyi mətbuat konfransında Ukraynada münaqişə başlayandan bəri rusiyalı həmkarı Vladimir Putinlə bir neçə dəfə telefon danışığı apardığını xatırladıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Fransa prezidenti Makron Rusiya prezidenti Putinlə yeni görüşün baş tutacağını da qeyd edib.

“Fransa hər zaman hər kəslə dialoqa açıq olub. Əgər fürsət yaranarsa və kontekstdən asılı olaraq yeni söhbət ola bilər. Amma bu gün faydalı söhbət üçün mövzu yoxdur”,- deyə Makron bildirib.

Bununla belə, Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyi kimi bəzi məsələlərdə irəliləyiş əldə olunarsa, tərəddüd etmədən görüşməyə razılaşacağını qeyd edən Fransa Prezidenti onu da bildirib ki, Paris Ukraynaya dəstək bazasının genişləndirilməsində faydalı rol oynaya biləcək bütün ölkələrlə görüşməyə davam edir.

//Gülnarə Abasova, Editor.az