Makron Rusiya ilə qarşıdurmaya hazır olduğunu bir daha bəyan edibbackend

Makron Rusiya ilə qarşıdurmaya hazır olduğunu bir daha bəyan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Belə bir ehtiyac yaranarsa, Fransa Rusiyaya müqavimət göstərə bilər”.

Editor.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron France 2 telekanalında bildirib.

“Müqavimət göstərməyin vaxtıdır. Vəziyyət pisləşərsə, biz Rusiyanın heç vaxt qalib gəlməyəcəyini təmin edən qərarlar qəbul etməyə hazırıq”, – Makron bildirib. Makron Fransanın dəqiq nə edəcəyini dəqiqləşdirməyib. Lakin o qeyd edib ki, Fransa ordusu Rusiya və ya rus xalqı ilə müharibə vəziyyətində deyil, yalnız Ukraynanı dəstəkləməkdə davam edir.

//Gülnarə Abasova, Editor.az