Makron: “Rusiyaya təzyiqləri artırmaqda qətiyyətliyik”backend

Makron: “Rusiyaya təzyiqləri artırmaqda qətiyyətliyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron Rusiyaya qarşı təzyiqlərin artırılacağını bəyan edib.

Editor.az xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Makron bildirib ki, Fransa, ABŞ və Avropa İttifaqı Rusiyanın Ukraynadakı hərbi əməliyyatları dayandırmadığı şəraitdə Moskva üzərinə təzyiqləri gücləndirmək niyyətindədir:

“Biz Moskvaya təzyiqi artırmağa qərarlıyıq. Rusiya münaqişənin bitməsinə heç bir real töhfə vermir,” – deyə Fransa Prezidenti qeyd edib.

Makron həmçinin ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 19-cu sanksiya paketini alqışlayıb. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasın sözlərinə görə, yeni paket 63 fiziki və hüquqi şəxsə, eləcə də 117 dəniz tankerinə qarşı məhdudiyyətləri əhatə edir.

Yeni sanksiyalar çərçivəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

• Rusiyada xüsusi iqtisadi və innovasiya zonalarında fəaliyyət göstərən şirkətlərin maliyyələşdirilməsinin qadağan edilməsi;

• Ölkəyə duz, filiz, rezin məmulatları, şinlər və tikinti materiallarının ixracına məhdudiyyətlərin tətbiqi;

• Turizmlə bağlı xidmətlərin göstərilməsinin qadağan olunması;

• Rusiya diplomatlarının ölkələrə giriş prosedurlarının sərtləşdirilməsi;

• “Alfa Bank”, “MTS Bank”, “Absolut Bank” və digər iki maliyyə qurumu ilə əməliyyatların dayandırılması;

• 2026-cı ilin aprelindən başlayaraq qaz idxalının mərhələli şəkildə dayandırılması.

Kaja Kallas daha əvvəl qeyd edib ki, Moskvaya qarşı yeni iqtisadi tədbirlər qəbul etmək getdikcə çətinləşir.

Rusiya tərəfi isə sanksiyaların effektiv olmadığını bildirərək, Qərbin bu siyasətin uğursuzluğunu etiraf etməyə cəsarət tapmadığını bəyan edib.

//Gülnarə Abasova, Editor.az