Makron, Şolts və Tusk bu həftə Ukrayna ilə bağlı görüş keçirəcəkbackend

Makron, Şolts və Tusk bu həftə Ukrayna ilə bağlı görüş keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron, Polşanın baş naziri Donald Tusk və Almaniya kansleri Olaf Şolts Ukraynadakı vəziyyəti müzakirə etmək üçün martın 15-də Berlində görüşəcəklər.

Editor.az bu barədə “Politico”ya istinadən yazır. Jurnalistlərin məlumatına görə, Makron və Şolts günortadan sonra ikitərəfli görüş keçirəcək, daha sonra Polşanın baş naziri onlara qoşulacaq. Nəşr qeyd edir ki, bu, Tuskun 2023-cü ilin dekabrında hökumət başçısı vəzifəsinə keçməsindən sonra Veymar üçbucağı formatında ilk görüş olacaq. Mənbə bildirib ki, görüşün məqsədi artan fikir ayrılıqları ilə bağlı xəbərlər fonunda Ukrayna məsələsi üzərində işləməkdə liderlərin birliyini nümayiş etdirmək olub. Bununla belə, sənədlərin imzalanması və ya konkret müqavilələrin elan edilməsi nəzərdə tutulmur.

//Gülnarə Abasova, Editor.az