Makron: Tramp NATO-nu Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə daxil etmək istəmirbackend

Makron: Tramp NATO-nu Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə daxil etmək istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron bildirib ki, mümkün ərazi güzəştləri Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri ilə birbaşa bağlı olmalıdır.

Editor.az xəbər verir ki, bu barədə məlumat Le Monde qəzetində dərc olunub.

Makron qeyd edib ki, ABŞ prezidenti Donald Tramp açıq şəkildə bildirib ki, NATO bu zəmanətlərin tərkibinə daxil edilməməlidir, çünki bu Rusiyanın mövqeyi üçün mühüm arqumentdir.

“Prezident Tramp bunu sözün əsl mənasında ifadə etdi. O hətta mənim üçün vacib olan məqamı vurğuladı: NATO bu təhlükəsizlik zəmanətlərinin bir hissəsi olmamalıdır və biz bilirik ki, bu, xüsusilə Rusiyanın baxımından güclü arqumentdir”, — deyə Makron vurğulayıb.

//Samir Qurbanov, Editor.az