Makron Ukraynaya döyüş təyyarələri göndərməyə hazırdırbackend

Makron Ukraynaya döyüş təyyarələri göndərməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron Hollandiyaya səfəri çərçivəsində baş nazir Mark Rutte ilə birgə mətbuat konfransı keçirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, görüşdə liderlər miqrasiya və Avropada yaşıl sənayeyə dəstək, xüsusilə Ukrayna-Rusiya müharibəsi ilə bağlı bəyanatlar veriblər.

Rutte ilə görüşdə Ukrayna məsələsini müzakirə etdiklərini ifadə edən Makron, Ukraynanı hər sahədə və lazım olduğu müddətdə dəstəkləməkdə qərarlı olduqlarını bildirib.
Makron Ukraynanın döyüş təyyarələri üçün rəsmi müraciət etməli olduğunu bildirsə də, Rutte belə bir tələbin hələ Ukraynadan gəlmədiyini qeyd edib.

//Safura Bənnayeva, Editor.az