Makron və Le Pen ikinci turda yarışacaqlarbackend

Makron və Le Pen ikinci turda yarışacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar günü keçirilən prezident seçkilərinin birinci turunda Fransanın hazırkı prezidenti Emmanuel Makron qalib gəlib. Editor.az-ın “Le Figaro”ya istinadən verdiyi xəbərə görə, bunu yoxlanmış protokolların 100%-nin nəticələri sübut edir.

Makron 27,6% səs toplayıb ki, bu da 5 il əvvəlki seçkilərdə qazandığı nəticədən 3 % çoxdur. İkinci yeri seçicilərin 23,41%-ni toplayan ifrat sağçı Milli Ralli partiyasının lideri Marin Le Pen tutub. O da əvvəlki seçkilərlə müqayisədə nəticəsini 2 pillə yaxşılaşdırıb.

Üçüncü yerdə “Invictus France” partiyasının solçu namizədi Jan-Lyuk Mélenşon 21,95% səs toplayıb ki, bu da onun üçün proqnozlaşdırılan exit-polldan çoxdur. Digər ifrat sağçı namizəd Erik Zemmur da daxil olmaqla, bütün qalan namizədlər 10%-dən çox səs toplaya bilməyib. Əvvəlki sorğular Zemmurun ikinci tura keçəcəyini proqnozlaşdırsa da, namizəd cəmi 7,05% səs toplayıb. Beləliklə, Makron və Le Penin mübarizə aparacağı seçkilərin ikinci turu aprelin 24-də keçiriləcək. İkinci tura keçməyən namizədlərin əksəriyyəti hazırkı prezidentə səs verməyə çağırıblar.