Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Volodimir Zelenski Parisdə görüşüb.
Editor.az xarici mediaya istinadən bildirir ki, Parisdə təxminən 3 saat davam edən görüş ilə bağlı Yelisey Sarayından verilən ortaq yazılı açıqlamaya görə, iki lider Ukrayna-Rusiya müharibəsini pisləyib.
Vurğulanıb ki, Rusiya öz hərbi qüvvələrini Ukrayna ərazisindən dərhal və qeyd-şərtsiz çıxarmalıdır. Fransa və Ukrayna Rusiyanı Zaporojye Atom Elektrik Stansiyasından çıxmağa çağırıb. Bəyanatda Fransanın Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sadiq olduğu vurğulanıb.Paris rəhbərliyinin lazım olduğu müddətcə Ukraynaya siyasi, maliyyə, humanitar və hərbi dəstəyini davam etdirəcəyinə diqqət çəkən bəyanatda, Fransanın önümüzdəki həftələrdə çoxlu batalyona təlim keçəcəyi, onları onlarla zirehli maşın və yüngül tankla təchiz edəcəyi vurğulanıb. “AMX 10-RC” tipli yüngül döyüş tanklarının olacağı da bildirilib.
Bəyanatda həmçinin qeyd olunub ki, Paris administrasiyası səylərini “Ukraynanın hava hücumundan müdafiə imkanlarına dəstək” üzərində cəmləyib.
//Safura Bənnayeva, Editor.az

