Hər zaman Türkiyəyə düşmən gözü ilə baxan Fransa prezidenti Emmanuel Makron yenə də Türkiyəyə qarşı sərsəm bəyanatlar və iddialar səsləndirib. Makron bildirib ki, “türklərin daha öncə Əlcəzairdə oynadıqları rolu və hakimiyyətlərini unutturma qabiliyyətinə heyranam. Sadəcə bizim sömürgəci olduğumuzu deyirlər və Əlcəzairlilər buna inanırlar. Fransız sömürgəçiliyindən öncə Əlcəzairdə dövlət var idimi?”
Mövzu ilə bağlı Editor.az-a danışan politoloq Samir Hümbətov bildirib ki, Fransa prezidenti Makronun bu çıxışı hər məsələni demək olar ki, açıqlığı ilə ortaya qoymuş oldu:

“Birincisi, Fransa işğalçı olduğunu qəbul etdi”.
“İkincisi, Osmanlının uzun müddətli hakimiyyətinə baxmayaraq Əlcəzairdə Fransa kimi işğalçılıq siyasətini aparmadığını demiş oldu”.
“Üçüncüsü, Osmanlı Fransa kimi girən zaman da, çıxan zamanda Əlcəzairə qarşı kütləvi soyqrım həyara keçirməmişdir”.
“Burada məlumat üçün qeyd etmək lazımdır ki, Əlcəzair 1961-ci ildə müstəqil olub. Əlcəzairdə Fransızları törətdiyi qətillər nəticəsində 1 milyondan artıq insan həyatını itirmiş oldu. Nəhayət, Makron özü də bilmədən etiraf etmiş oldu ki, onlar girdikləri yerlərdə işğalçılıq siyasəti aparıblar”.
// Gülnarə Abasova, Editor.az

