Makron yenidən danışıqlara qayıtmaq istəyir: Azərbaycanın cavabı nə olacaq?-AÇIQLAMAbackend

Makron yenidən danışıqlara qayıtmaq istəyir: Azərbaycanın cavabı nə olacaq?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məlum olduğu kimi, Avropa Birliyinin Praqada keçirilən birinci Sammitində Fransa prezidenti Emmanuel Makron iştirak etdikdən sonra, Fransa televiziyasına ölkəmizlə bağlı böhtan xarakterli açıqlamalar verdi. Bundan sonra Brüssel formatında keçirilən görüşdə Ermənistan baş naziri Nikol Paşinyan Makronun iştirakını tələb etsə də Azərbaycanın bunu qəbul etmədiyi üçün həmin görüş baş tutmadı”.

Bu fikirləri Editor.az-a siyasi şərhçi Abutalıb Səmədov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Paşinyan və Əliyev görüşünə Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun da qatılacağı ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

A.Səmədov Azərbaycanın Fransa Prezidentinə qarşı münasibətinə diqqət çəkib:

“Bu görüşə razılıq verilməsi ilə bağlı heç bir bəyanat yoxdur. Kişinyovda keçirilməsi nəzərdə tutulan görüş baş tutsa belə, danışıqlarda həmin ölkələrin iştirakı mümkün olmaya bilər. Çünki Makron tərəf tutduğunu özü etiraf edir. Bəyan edib ki, Ermənistanı heç vaxt tək qoymayacaqlar. İki ölkənin mövqeləri eynidirsə, danışıqlarda biri iştirak etməlidir. Çünki Azərbaycan təkbaşına onların qarşısındadır. Üstəlik Avropa İttifaqının prezidenti də fransızdır. Bu baxımdan Makronun və Şoltsun danışıqlarda birbaşa iştirakı inandırıcı görünmür. Azərbaycanın da buna razılıq verəcəyini düşünmürəm “.

Siyasi analitik qeyd edir ki, dəfələrlə Azərbaycan Prezidenti üçüncü dördüncü tərəflər qarşısında öz mövqeyini bəyan edərək istəklərini onlara qəbul etdirib:

“Bu dəfə də danışıqların pozulmaması və sülh prosesində müəyyən nəticələrin əldə edilməsi üçün görüşə razılıq verilməsi istisna deyil. Hələlik rəsmi bəyanat olmadığı üçün birşey demək çox çətindir. Lakin hesab edirəm ki, iyunun 1-də planlaşdırılan görüşə Şarl Mişel vasitəçilik etməlidir. Əlavə heç kimə ehtiyac yoxdur. Layihə ortada, müzakirə edəcək tərəflər məlum olduğu halda digərilərinə nə ehtiyac var? Azərbaycanın kifayət qədər nüfuzu var və güclü mövqedədir. Ölkə lideri bu cür danışıqlar aparmaqda çox böyük ustadır”.

//Safura Bənnayeva, Editor.az