Makron Zelenski ilə təcili danışıqlar apardıbackend

Makron Zelenski ilə təcili danışıqlar apardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron oktyabrın 10-da səhər saatlarında Ukraynanın məruz qaldığı atəşlə bağlı Ukrayna prezidenti Volodimir Zelenski ilə təcili danışıqlar aparıb.

Bu barədə Yelisey Sarayı məlumat yayıb .

Makron zərbələr nəticəsində mülki şəxslərin xəsarət almasından hədsiz narahat olduğunu bildirib. O, prezident Zelenskiyə tam və qeyd-şərtsiz dəstəyini təsdiqləyib və Kiyevin formalaşdırdığı ehtiyaclara, o cümlədən hərbi texnikaya cavab olaraq Ukraynaya dəstəyini genişləndirəcəyini açıqlayıb.

“Prezident Putinin mülki əhaliyə qarşı işğalçı müharibəni davam etdirməsindən narahatam. Fransa Ukraynanı tam dəstəkləyir və xalqının bu gün yaşadığı faciələrə rəğbət bəsləyir”, – Makron bildirib.

//Editor.az