Makronun hakimiyyət dövrü başa çatır?- “Onun yürütdüyü qeyri-məqbul siyasət…”backend

Makronun hakimiyyət dövrü başa çatır?– “Onun yürütdüyü qeyri-məqbul siyasət…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransada keçirilən seçkilərin nəticəsinə görə sol təmayüllü partiyaların önə çıxması, milliyyətçi sağ təmayül Marin Le Penin gözlənildiyi kimi parlamentin aşağı palatasında üstünlüyü ələ ala bilməməsi, eyni zamanda, Emmanuel Makronun partiyasının da lazımı səs çoxluğunu ala bilməməsi Fransa üçün siyasi təlatümlər vəd edir. Heç bir partiyanın kabinet qurmağa səs çoxluğunu əldə etməməsi koalisiya qurulmasını labüd edəcək. Ancaq bu da mümkün görünmür. Çünki partiyaların təmayülləri arasında ciddi təzadlar vardır. Bunu Makronun yürütdüyü siyasətin nəticəsi kimi də dəyərləndirənlər var”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, Makron qələbə çala bilməyəcəyini bildiyi üçün sol təmayüllün önə çıxmasına şərait yaradıb:

“Bu da sağçı Marin Le Penin tam qələbəsinin qarşısını alıb.Bununla yanaşı, bu halı fransız xalqının siyasi iradəsinin həyata keçməsi kimi dəyərləndirənlər də var. Qeyd edilir ki, Fransa xalqı həlledici məqamda öz dövlətinə yiyə çıxır və siyasilərə dərs verməyi bacarır. Hesab edirəm ki, son versiya daha məqbuldur. Nə Makronun, nə də Le Penin fransız xalqını idarə etmək potensialı yoxdur. Makronun yürütdüyü qeyri-məqbul siyasət həmişə etirazla qarşılanıb. Nəticənin də belə olacağı böyük ehtimal idi. Hətta Aİ-na seçkilərdə Le Penin qələbəsinə əsasən parlamenti buraxması onun özü üçün riskli idi. Həqiqətən də belə oldu. Makronun hakimiyyət dövrünün bitdiyi qənaətindəyəm”.

//Gülnarə Abasova, Editor.az