Makronun İslam əleyhinə açıqlamaları onun dinləri anlamadığını nümayiş etdirir – Ərəb analitikbackend

Makronun İslam əleyhinə açıqlamaları onun dinləri anlamadığını nümayiş etdirir – Ərəb analitik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makronun İslamla bağlı açıqlamaları onun İslamı, ümumiyyətlə dinləri anlamamasını nümayiş etdirir.

Bunu ərəb analitik Kamal əl-Halbavi deyib.

Onun sözlərinə görə, Fransanın islami baş örtüləri ilə bağlı əvvəlki mövqeyi də bu ölkədə azadlıq və bərabərlik məsələlərində ziddiyyət və ikili standartları üzə çıxarır:

“Fransa prezidentinin indiki mövqeyi nə İslama, nə də İslam peyğəmbərinə ziyan vurmayacaq. Dünya müsəlmanları əsl İslamla yaşamalı, Quranda deyildiyi kimi, bəşəriyyəti ruhlandırmalıdır”.

O əlavə edib ki, müsəlmanlar aşkar cahillikdən üz döndərməlidir.