Makronun Konqoda isteriyası – Fransaya qaranlıq keçmişi xatırladıldı – VİDEObackend

Makronun Konqoda isteriyası – Fransaya qaranlıq keçmişi xatırladıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron Konqo prezidenti Feliks Çisekedinin fransalı həmkarına ölkəsinin 1994-cü il soyqırımında iştirakını xatırlatmağından sonra onunla mübahisə edib.

Editor.az Trend-ə istinadən bildirir ki, F.Çisekedi Fransanın Konqoda təhlükəsizliyin bərpasına necə kömək edəcəyini soruşub. Diplomatik cavab əvəzinə, E.Makron jurnalistlərin gözü qarşısında həmkarı ilə mübahisə etməyə başlayıb və Fransaya aid edilə biləcək məsuliyyəti rədd etdiyini söyləyib.

“Mən həqiqətin tərəfdarıyam, amma bütün həqiqətin tərəfdarıyam: bütün bu yükü öz üzərinə götürməkdən imtina edirəm. Fransa sizə “yaxşılıq etmək” məcburiyyətində deyil, bu sizin vəzifənizdir”, – deyə E.Makron bildirib.