Makronun peyvənd sertifikatını paylaşan həkimə 15 günlük qadağabackend

Makronun peyvənd sertifikatını paylaşan həkimə 15 günlük qadağa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın şimalındakı Outreau şəhərinin xəstəxanasında təcrübəçi həkim kimi işləyən Michael Rochoy, 2021-ci ildə tibb işçilərinin hər hansı bir xəstənin sağlamlıq məlumatlarını yalnız adı, soyadı və doğum tarixini yazaraq, asanlıqla əldə edə biləcəyini iddia etmişdi. O buna sübut olaraq, Prezident Emmanuel Makronun peyvənd etdirdiyi kadrları sosialmedia hesabında paylaşmışdı.

Editor.az xəbər verir ki, Hauts-de-France bölgəsindəki Həkimlər Birliyi, Makronun peyvənd sertifikatını araşdırdığı və sosial mediada paylaşdığı üçün Michael Rochoyun həkimlik fəaliyyətini 15 gün müddətinə dayandırıb.

Qərara görə, Rochoy 1-16 noyabr tarixləri arasında peşəsi ilə məşğul ola bilməyəcək və bu müddət ərzində planlaşdırılan 42 xəstə ilə görüşlərini ləğv etməli olacaq.

Cəzanın əsaslandırılmasında Rochoyun “etik öhdəlikləri pozduğu” qeyd edilib.

//Samir Qurbanov, Editor.az