Makronun təxribat mesajı: Rusiya Ermənistanın ərazi bütövlüyünü təhdid edir?-AÇIQLAMAbackend

Makronun təxribat mesajı: Rusiya Ermənistanın ərazi bütövlüyünü təhdid edir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransanın dünyada gedən güclü siyasəti Emmanuel Makronun olmayan nüfuzu ilə batırıldı”.

Bunu Editor.az-a politoloq Ramiyə Məmmədova Fransa Prezidenti Emmanuel Makronun açıqlamasında, “Rusiya Azərbaycanın ortağıdır və Ermənistanın ərazi bütövlüyünü təhdid edir”-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Ramiyə Məmmədova: “Ərdoğan yeganə Türkiyə lideridir ki...” | | Xural qəzeti

Onun sözlərinə görə, Fransada güclü erməni lobbisi var: “Emmanuel Makronun bu gün Ermənistana verdiyi dəstək də bundan qaynaqlanır. Həmin ermənilərin maraqlarına uyğun yanaşma sərgiləməlidir. Makron o qədər ciddiyyətsiz prezidentdir ki, bunu Avropa Birliyi də çox gözəl bildiyi üçün onu ciddi qəbul etmir. Rusiyanın Azərbaycanla ortaq olduğu ilə bağlı fikri yalnız siyasəti bilməyən biri səsləndirə bilər. Rəsmi Moskva heç vaxt Azərbaycanın ortağı olmayıb. Əksinə hər zaman Ermənistana dəstək verib, qoruyub”.

R.Məmmədovanın fikrincə, bu gün də Rusiya Ermənistanı qorumağa davam edir:”Oktyabrın 5-də Qranadada baş tutması gözlənilən beştərəfli görüşdə Fransanın iştirak etməsi böyük rol oynamır. Çünki Fransanın, Ermənistanın, Rusiyanın eləcə də Azərbaycanın siyasəti məlumdur. Həmin görüşlərdə qərəzli yanaşma nümayiş etdirərək Avropa Birliyinin Azərbaycana qarşı fikirlərini dəyişmək mümkün olmayacaq. Azərbaycan öz məqsədlərinə çatıb”.

//Safura Bənnayeva, Editor.az