Fransa Prezidenti Emmanuel Makronun yaxın gələcəkdə Ukraynaya səfər planı yoxdur.
APA-nın xəbərinə görə, bu barədə Fransanın Avropa İşləri üzrə Dövlət katibi Kleman Bon mümkün səfərlə bağlı suala cavabında bildirib.
“Respublika Prezidenti simvolik səfərlər edə bilməz. O, Ukraynaya o vaxt səfər edəcək ki, bu faydalı olsun”, – Dövlət katibi qeyd edib.
Kleman Bonn Fransanın Ukraynaya dəstək məqsədi ilə hərbi və humanitar yardımlar etdiyini xatırladıb.

