Maksim Şevçenko: Bu, Fransa prezidenti Emmanuel Makron tərəfindən törədilən açıq təxribatdırbackend

Maksim Şevçenko: Bu, Fransa prezidenti Emmanuel Makron tərəfindən törədilən açıq təxribatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Azərbaycana qarşı sanksiya təzyiqlərini təşkil etmək, habelə Azərbaycanın Qarabağ iqtisadi rayonunda rus sülhməramlılarının fransızlarla əvəzlənməsinə nail olmaq üçün Ermənistana humanitar yardım və siyasətçilər daşıyan yük maşınları göndərib.

Editor.az bildirir ki, bu fikri “Vestnik Kavkaza”nın müxbiri ilə söhbətində siyasətçi Maksim Şevçenko Laçın dəhlizi yaxınlığında Parisin təxribatını şərh edərkən deyib.

O, qeyd edib ki, bu, Fransa prezidenti Emmanuel Makron tərəfindən törədilən açıq təxribatdır. “Ümumiyyətlə, bu hərəkət Azərbaycanı ümidsiz vəziyyətə salmaq məqsədi daşıyır. Əgər Bakı Fransa kolonnasının keçməsinə icazə verərsə, o zaman öz suveren ərazisi üzərində nəzarəti yetərincə həyata keçirə bilmədiyini etiraf etmiş olacaq, halbuki bütün Qarabağ, o cümlədən Xankəndi Azərbaycanın ərazisidir”.

“Yox, əgər Azərbaycan bu karvanı buraxmasa, bütün dünya qarşısında erməni təbliğatının da yazdığı kimi, Xankəndində aclıq yaradan ölkə obrazı yaratmış olacaq. Bunun üçün Paris meri və digər kifayət qədər nüfuzlu fransız siyasətçiləri gəlib.
Maksim Şevçenko vurğulayıb ki, bundan sonra “Azərbaycanı, o cümlədən, Türkiyəni müxtəlif pis əməllərdə ittiham edəcəklər və mən istisna etmirəm ki, Avropa İttifaqı Fransanın diktəsi ilə sanksiyalar tətbiq edə bilər. Cənubi Qafqazı Aİ-nin nəzarəti altına almaq üçün Azərbaycanla qarşıdurma ssenarisi üzə çıxmağa başlayacaq. Bu ssenarinin bir hissəsi də Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının Qərb qüvvələri ilə əvəzlənməsi olacaq.

Bununla da “Fransa Rusiya sülhməramlılarının səriştəsizliyini göstərmək istəyir. Bizim sülhməramlılarımızın fransızlarla əvəzlənməsini istəyir. Yeri gəlmişkən, bu gün hakimiyyətin dəvəti ilə Kanadanın sərhəd xidməti, tanınmış süvari polis Ermənistana gəlib.

Bu, adi bir hadisə deyil, onlar mandatda dəyişiklik axtarırlar ki, Rusiya getsin və onun yerini fransızlar tutsun”, – Maksim Şevçenko vurğulayıb.

//Samir Qurbanov, Editor.az