Fevralın 6-da ölkədə və qonşu Suriyada baş verən güclü dağıdıcı zəlzələlərdən sonra Türkiyədə afterşoklar davam edir. Belə ki, bu gün səhər ölkənin şərqindəki Malatya vilayətində yenidən 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Editor.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, zəlzələ Malatyanın Eşilyurt ərazisində, saat 05:18-də, episentri 7 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Xatırladaq ki, ötən gün səhər saat 9 radələrində həmin əyalətdə 5,8 bal gücündə zəlzələ qeydə alınmışdı. Nəticədə şəhərdə 29 yaşayış binası uçlmuş, bir nəfər həlak olmuşdu.
//Samir Qurbanov, Editor.az