Malatyada zəlzələ: Ətraf ərazilərdə də hiss olunub – FOTO/VİDEObackend

Malatyada zəlzələ: Ətraf ərazilərdə də hiss olunub – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Malatya vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib.

Məlumata görə, səhər saat 10:48-də yerin 13,9 kilometr dərinliyində qeydə alınan zəlzələnin episentri Malatyanın Doğanşehir rayonu olub və ətraf ərazilərdə də hiss olunub.

Dağıntılar və tələfat barədə hələlik bir məlumat verilməyib.