Malavi vitse-prezidentini daşıyan təyyarə radar ekranlarından itibbackend

Malavi vitse-prezidentini daşıyan təyyarə radar ekranlarından itib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Malavi vitse-prezidenti Saulos Çilimanı və daha 9 nəfəri daşıyan təyyarə radar ekranlarından itib.

Editor.az bu barədə BBC-yə istinadla xəbər verir. Səhər pis hava şəraiti səbəbindən təyyarə hava limanına enə bilməyib.

Malawi 24 telekanalının məlumatına görə, təyyarənin qəzaya uğramış ola biləcəyi ilə bağlı narahatlıqlar artır. Hadisə ilə bağlı məlumatlandırılan Malavi prezidenti Lazarus Çakvera Baham adalarına planlaşdırılan uçuşunu ləğv edib və təcili axtarış-xilasetmə əməliyyatına göstəriş verib.

//Gülnarə Abasova, Editor.az