Malayziya İsrail bayrağı altında üzən gəmilərin öz limanlarına yanaşmasına icazə verməyəcəkbackend

Malayziya İsrail bayrağı altında üzən gəmilərin öz limanlarına yanaşmasına icazə verməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Malayziya Baş Nazirliyinin Mətbuat İdarəsi İsrail bayraqlı gəmilərin Fələstinə hücumları səbəbilə Malayziya limanlarına girişinin qadağan edildiyini açıqlayıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail bayraqlı gəmilərin Malayziya limanlarına girişinin qadağan edildiyini açıqlanıb: “Bu sanksiyalar İsrailin Fələstinlilərə qarşı davam edən qırğın və vəhşiliklə əsas humanitar prinsiplərə məhəl qoymayan və beynəlxalq hüququ pozan hərəkətlərinə cavabdır. ”

Mövzu ilə bağlı Malayziya Baş Nazirliyinin Mətbuat Xidmətindən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

“Malayziya hökuməti İsraildə yerləşən ZIM gəmiçilik şirkətinin hər hansı Malayziya limanında dayanmasına mane olmaq və icazə verməmək qərarına gəlib. Nəqliyyat Nazirliyi dərhal tədbir görəcək və dərhal qüvvəyə minməklə bu şirkətə daimi qadağa tətbiq edəcək. Bu sanksiyalar İsrailin əsas humanitar prinsiplərə məhəl qoymayan və fələstinlilərə qarşı davam edən qırğınlar və vəhşiliklə beynəlxalq hüququ pozan hərəkətlərinə cavabdır. Malayziya hökuməti həmçinin İsrail bayrağı altında üzən gəmiləri ölkə limanlarına yanaşmağa qəbul etməmək qərarına gəlib. Bundan əlavə, Malayziya İsrailə gedən hər hansı gəmilərə Malayziya limanlarında yük yükləməsini qadağan edib”.

//Səbinə Hüseynli, Editor.az