Malayziyada ölüm cəzasına alternativ cəza qanunu hazırlanırbackend

Malayziyada ölüm cəzasına alternativ cəza qanunu hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Malayziya hökuməti ölüm cəzasına alternativ cəzaların tətbiq oluna biləcəyini açıqlayıb. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qanun qətl də daxil olmaqla, bir çox cinayətlərə şamil olunacaq. Bildirilib ki, proses bütün tərəflərin hüquqlarının qorunması prinsipinə əsaslanacaq.

Qeyd edək ki, Malayziyada qətl və insan alveri kimi bir çox cinayətə görə ölüm hökmü tətbiq olunur. Malayziyada edam cəzasının ləğvi üçün ilk addım 2018-ci ildə atılıb, lakin hökumət tərəfindən rədd edilib.

//Nəzərbəy Hacıağayev, Editor.az