Malayziyanın Şah Aləm bölgəsində şəxsi sərnişin təyyarəsinin qəzaya uğradığı və qəza yerində ümumilikdə 10 nəfərin öldüyü açıqlanıb.
Editor.az “Malay Mail” qəzetinə istinadən xəbər verir ki, polisin məlumatına görə, altı sərnişin və iki nəfərlik ekipajla Lanqkavi Beynəlxalq Hava Limanından havaya qalxan şəxsi sərnişin təyyarəsi Şah Aləm şəhərində yaşayış massivində qəzaya uğrayıb.
Polis qəza yerində olan iki nəfər də daxil olmaqla, ümumilikdə 10 nəfərin öldüyünü açıqlayıb.
//Gülnarə Abasova, Editor.az

