Malidə baş verən toqquşmalarda xeyli sayda mülki şəxs və hərbçi həlak olub: Ölkədə matəm elan edilibbackend

Malidə baş verən toqquşmalarda xeyli sayda mülki şəxs və hərbçi həlak olub: Ölkədə matəm elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Malinin şimal-şərqində silahlıların iki hücumu nəticəsində 49 mülki şəxs və 15 hərbçi həlak olub.
Editor.az bildirir ki, bu barədə “Reuters” ölkənin müvəqqəti hökumətinin bəyanatına istinadən xəbər verir. Səlahiyyətlilərin sözlərinə görə, islamçı yaraqlılar Burem rayonundakı hərbi düşərgəyə hücum ediblər.
Qao və Mopti şəhərlərini ayıran su basmış düzənlikdə mülki insanları daşıyan gəmi də hücuma məruz qalıb. Daha bir neçə nəfər yaralanıb, onların sayı barədə məlumat verilmir.
Cavab olaraq 50-yə yaxın hücumçunun öldürüldüyü də bildirirlir. Onların hansı qrupa aid olduğu məlum deyil. Ölkədə üç günlük milli matəm elan edilib.
//Samir Qurbanov, Editor.az