Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələrinin (BMT) karvanı Malidə minaya düşüb. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Malidəki BMT-nin nümayəndəsi Oliver Salqado bildirib. Onun sözlərinə görə, hadisə zamanı 2 nəfər həyatını itirib, daha beş nəfər isə ağır yaralanıb.
Bildirilib ki, həyatını itirən əsgərlər Misir vətəndaşlarıdır. Hadisə zamanı istifadə olunan mina kustar üsulla terrorçular tərəfindən hazırlanmış olub.
//Nəzərbəy Hacıağayev, Editor.az