Malidə yaraqlılar bir qəsəbəyə hücum ediblər. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hücum zamanı 20 mülki şəxs qətlə yetirilib. Hadisədən sonra mülki əhali yeni hücum qorxusu ilə bölgəni tərk etməyə başlayıb.
Qeyd edək ki, dünən ölkənin şimalındakı Kidal qəsəbəsində mina partlaması nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) sülhməramlı qüvvəsi həyatını itirib.
//Nəzərbəy, Editor.az

