Malidə uğursuz dövlət çevrilişi cəhdibackend

Malidə uğursuz dövlət çevrilişi cəhdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 11-dən 12-nə keçən gecə Malidə bir qrup zabit dövlət çevrilişinə cəhd edib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, cəhd uğursuz alınıb. Çevriliş etmək istəyənlərin Qərb ölkələrindən biri tərəfindən dəstəkləndiyi bildirilir.

Mali dövləti tərəfindən verilən açıqlamada o da qeyd olunub ki, vəziyyət nəzarət altına alınıb və dövlət çevrilişinə cəhd edən şəxslərlə əlbir olanların araşdırılıb tapılması üçün tədbirlər görülür.

Qeyd edək ki, Malidə eyni qrup tərəfindən əvvəlcə 2020-ci ilin iyulunda, sonra isə 2021-ci ilin mayında çevrilişə cəhd edilib.

//Nəzərbəy, Editor.az