Manaf Ağayev qəza keçirib: “Maşın 5 dəfə fırlandı“backend

Manaf Ağayev qəza keçirib: “Maşın 5 dəfə fırlandı“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Manaf Ağayev bir müddət öncə keçirdiyi avtomobil qəzası barədə danışıb.

Editor.az ın Lent.az-a istinadən məlumatına görə, ifaçı “Tam vaxtıdır” verilişində bildirib ki, qəzadan sağ çıxması möcüzədir:

“Elə bir avtomobil qəzası keçirmişəm ki… Onun içindən sağ çıxmaq möcüzə idi. Maşınla gedəndə sürücü əyləci basmışdı, maşın 4-5 dəfə fırlanıb aşmışdı. Maşın dayanan kimi ordan çıxdım, alnıma şüşə batmışdı. Elə bilirdim ki, yuxu görürəm. Şükürlər olsun ki, sağ çıxdıq. Amma maşın ələ gəlmədi, tulladıq”.