Manat alıcılığına təhlükə var: “İnflyasiyanın artımı…”Ekspertbackend

Manat alıcılığına təhlükə var: “İnflyasiyanın artımı…”Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2022-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyul aylarına nisbətən 113 faiz təşkil edib.
Ümumilikdə isə Azərbaycanda inflyasiya 13% təşkil edib.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, inflyasiyanın artımı kredit faizlərini artıran amildir:

“Əslində Mərkəzi bankların inflyasiya ilə mübarizəsini artırmaq üçün pulun dəyərini artırırlar. Bu baş verən proseslərlə əlaqədar olan məsələdir. Dünya mərkəzi bankları pulun dəyərini artırmaqla inflyasiya ilə mübarizəni hədəfləyirlər. Azərbaycana gəldikdə isə burada digər spesifik məsələlər də ön plana çıxır. Banklarda kreditə tələb varmı? Tələb inflyasiya ilə paralel yüksəlirsə, kredit faizlərini artırmaq olur. Kreditə tələbdə həm istehlak, həm də biznes kreditləri mövcuddur. İnflyasiyanın artımı kredit artımına birmənalı şəkildə təsir göstərən amildir. Bu amil isə manatın alıcılıq qabiliyyətini aşağı salır. Çünki qiymət səviyyəsi artdıqca əmtəə gəlirləri də artır. Beləliklə də inflyasiya artımı manatın alıcılıq qabiliyyətini itirməsinə səbəb olur”.

//Safura Bənnayeva, Editor.az