Manat alıcılığını itirir?-Milli valyutamıza təlabat azalır- Elşad Məmmədovdan AÇIQLAMAbackend

Manat alıcılığını itirir?-Milli valyutamıza təlabat azalır- Elşad Məmmədovdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda milli valyutanın sabit saxlanılması ilə bağlı heç bir problem mövcud deyil. Fundamental olaraq milli valyutanın sabitliyinə mənfi təsir göstərə bilən amil yoxdur”.

Bu fikirləri Editor.az-a açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov bildirib.

Onun sözlərinə görə Azərbaycanda ilin əvvəlindən başlayaraq xarici ticarətdə təxminən 15 milyard dollarlıq müsbət saldo var:“ Bu da olduqca önəmli amildir. Mərkəzi Bank lazım bildiyi səviyyədə milli valyutamızı uzun müddət ərzində uyğun olan məzənnə ilə qoruya bilər və bu baxımdan heç bir ciddi problem gözlənilmir. Əgər Mərkəzi Bank adekvat pul-kredit siyasəti həyata keçirərsə, heç bir neqativ hal yaşanmaz. Valyutamızın sabit saxlanılması çox önəmlidir. Çünki bu həm investisiya mülkünə müsbət təsir göstərir, həm də iqtsadiyyatda sabitlik imkanları verir ki, bu da öz növbəsində iqtisadi inkişaf üçün ən mühüm şərtlərdən biridir. Valyuta məzənnəsi iqtisadi fəaliyyət iştirakçıları üçün gözlənilməz olmamalıdır. Sabitlik və gözlənilən mövcud olmalıdır ki, investisiyalar da rahat şəkildə artsın, iqtisadi proseslər də rahat şəkildə həyata keçirilsin”.

Ekspert qeyd edir ki,  bu müsbət məqamdır ki, milli valyutamızın sabit saxlanılması üçün bütün vacib amillər mövcuddur:

“ Digər tərəfdən isə milli valyutamızda alıcılıq qabiliyyətinin itməsi çox narahatedici məqamdır bu infilyasiya ilə əlaqədardır. Ölkə hökuməti üçün qiymət artımının qarşısını almaq çətinlik təşkil edir. Bu da idxaldan asılılığın yüksək səviyyədə olması, yerli investisiya mühitinin lazımi səviyyədə inkişaf etməməsi və pul-kredit siyasətinin sərt olması ilə bağlıdır. Mərkəzi Bank pul-kredit siyasətini kəskin şəkildə yumşaltmalı və investisiya artımına nail olmaqla  ölkədə işgüzar mülkün stimullaşdırlmasına dəstək verməlidir. Çünki burada bank sektorunun dəstəyi olmadan ölkədə investisiya mühitinin inkişafından, yerli istehsalın kəskin şəkildə artırılmasından danışmaq çox çətindir. İnvestisiyalar artmasa, yerli istehsal kəskin şəkildə güclənməsə, idxaldan asılılılıq azalmasa infliyasiyanın qarşısını almaq mümkün olmayacaq. Təcili şəkildə Mərkəzi Bank pul-kredit siyasətini yumşaltmalı və investisya yönümlü siyasət hesabına ölkə iqtisadiyyatındakı problemlərin aradan qaldırmasında öz müsbət rolunu lazım olan səviyyədə yerinə yetirməlidir”.
 
//Safura Bənnayeva, Editor.az