Manatın məzənnəsi artır: Hansı təsirləri olacaq?- AÇIQLAMAbackend

Manatın məzənnəsi artır: Hansı təsirləri olacaq?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neft və qaz qiymətlərinin bahalaşması nəticəsində Azərbaycana böyük məbləğdə valyuta daxilolmaları fonunda manatın məzənnəsi kəskin şəkildə möhkəmlənə bilər. Bunu maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə bu amil bəzi mənfi nəticələr yaradacaq.

Son vaxtlar iqtisadi sahədə müşahidə olunan proseslər, xüsusilə bahalaşma  manatın möhkəmlənməsini real edirmi? Deyilən mənfi nəticələr hansılardır?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, manatın möhkəmlənməsi valyuta ehtiyatlarının artmasına görədir:

“Bu ilin əvvəlindən Ukraynadakı hadisələrə görə dünyada neftin və qazın qiyməti qalxıb  və bu da bizim valyuta ehtiyatlarımızı artırır. İqtisadi sahədə bir çox istiqamətdə müəyyən qiymət artımı müşahidə olunsa da bu neft və qaz sahəsində daha çoxdur. Manat möhkəmlənməyəcək. Çünki bizdə manatın məzənnəsi bazar yolu ilə deyil, inzibati yolla müəyyən olunur. Mənfi nəticəsi isə odur ki, manat möhkəmlənərsə, xaricilər üçün Azərbaycan məhsullarının qiyməti artacaq. Biz əsasən Rusiyaya kənd təsərrüfatı mallarının satışını edirik. Əgər qiymət artarsa, digər ölkələrə nisbətdə baha olduğu üçün məhsullarımıza tələbat azalacaq. Bu gün neftin, qazın qiyməti yüksəkdir, amma bu daima belə irəliləməyəcək. Bu səbəblərdən də manatın qiyməti artmayacaq”.

//Safura Bənnayeva, Editor.az