Manatın məzənnəsi DƏYİŞƏ BİLƏR?- Millət vəkilindən AÇIQLAMAbackend

Manatın məzənnəsi DƏYİŞƏ BİLƏR?- Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan milli valyutasına təsir göstərən ən ciddi faktor neftin dünya bazarındakı qiymətidir. Çünki bu qiymət ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir. Azərbaycan neftinin bir bareli dünya bazarında 100 dollardan çoxdur”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın iqtisadi tərəfdaş olduğu ölkələrdə məzənnə rejimi milli valyutamıza iqtisadi, psixoloji təsir göstərir:

“Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra ərzaq məhsullarında qıtlığın yaranması, həm də qlobal ərzaqların qiymətlərində artımlar müşahidə edirik. Bu isə daha çox istehsal bazarına təsir göstərir. Valyuta bazarına isə təsirlər strateji məhsullar bazarında birjalardakı qiymətdən asılı olaraq dəyişir. Ancaq gözlənilir ki bu, bütövlükdə istehlak qiymətlərinə və inflyasiya səviyyəsinə də təsir göstərsin. Bu ilin birinci rübünün yekunlarına dair nəticələrdə müşahidə edildi ki, inflyasiyada artım var. Manatın məzənnəsi ölkəyə daxil olan valyutanın həcmindən asılı olduğuna görə növbəti dövrlərdə necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən aslıdır”.

//Gülnarə Abasova, Editor.az