Manatla bağlı MÜHÜM NÜANS:”Vəziyyət pisləşərsə, o zaman… “backend

Manatla bağlı MÜHÜM NÜANS:“Vəziyyət pisləşərsə, o zaman… “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illərdə Azərbaycanda milli valyuta – manatın dövretmə sürətinin azalması, iqtisadi aktivliyin nisbətən ləngiməsi və əhalinin xərcləmə davranışında müşahidə olunan dəyişikliklər yeni müzakirələrə səbəb olub. Mövcud tendensiyalar fonunda manatın gələcək aqibətinin necə formalaşacağı, onun sabitliyinə təsir edən əsas amillərin nədən ibarət olduğu və bu prosesin uzunmüddətli perspektivdə hansı risk və imkanlar yaratdığı aktuallaşıb.

Bəs manatın sabitliyi hansı faktorlardan asılıdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, manatın sabitliyi birbaşa ölkənin tədiyə balansındakı vəziyyətlə bağlıdır.

Azərbaycanda borc götürənlərin sirri açıqlandı | KONKRET

Onun sözlərinə görə, tədiyə balansı ölkəyə daxil olan və çıxan valyuta axınları arasındakı fərqi əks etdirir və burada əsas rol cari əməliyyatlar balansına məxsusdur.
İqtisadçı qeyd edib ki, cari əməliyyatlar balansında məhsul və xidmətlərin idxal və ixracı arasındakı fərq həlledici əhəmiyyət daşıyır:

“Bu, yalnız qısamüddətli deyil, uzunmüddətli dövr üzrə qiymətləndirilməlidir. Ayrı-ayrı rüblərdə mənfi saldo müşahidə olunsa belə, hökumət iqtisadi siyasəti daha geniş zaman kəsiyi üzrə planlaşdırır.

Uzun illərdir qeyri-neft sektorunun inkişafından danışılır. Lakin bu sahədə əldə olunan nəticələr hələlik ölkənin ümumi iqtisadi vəziyyətini tam şəkildə sığortalayacaq səviyyədə deyil. Neft və qaz gəlirləri əsas dayaqlardan biri olaraq qalır. Ehtiyatlar planlı şəkildə, müəyyən strategiya çərçivəsində istifadə olunur. Vəziyyət pisləşərsə belə, bütün resursların birdəfəlik xərclənməsi nəzərdə tutulmur”.

Manatın dövretmə sürətinin azalmasına toxunan iqtisadçı bunun əsas səbəblərindən birinin əhalinin yığım meylinin artması olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu prosesdə Mərkəzi Bankın siyasəti və depozit faizlərinin yüksəlməsi də mühüm rol oynayır:

“Faizlərin artması nəticəsində insanlar sərbəst vəsaitlərini xərcləmək əvəzinə bank depozitlərində saxlamağa üstünlük verirlər. Bu isə dövriyyədə pulun həcmini azaldır və iqtisadi aktivliyi zəiflədir.

Nəticə etibarilə iqtisadi artım tempində də müəyyən ləngimə müşahidə olunur. Uzunmüddətli perspektivdə manatın sabitliyi qeyri-neft sektorunun və özəl biznesin inkişaf səviyyəsindən birbaşa asılı olacaq”.

Beləliklə, mövcud tendensiyalar bir tərəfdən maliyyə sabitliyinin qorunmasına xidmət etsə də, digər tərəfdən iqtisadi aktivliyin zəifləməsi riskini artırır. Bu isə balanslaşdırılmış iqtisadi siyasətin vacibliyini bir daha gündəmə gətirir.