“Mançester Siti” Aqueraya heykəl ucaldırbackend

“Mançester Siti” Aqueraya heykəl ucaldır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin “Mançester Siti” klubu komandanın ən çox qol vuran oyunçusu Serxio Aqueraya heykəl ucaldıb.

Editor.az “sporx” a istinadən xəbər verir ki, heykəl Aqueranın keçmiş komanda yoldaşları olan Vinsent Kompananın və David Silvanın heykəllərinin yanında yerləşdirilib.

Heykəldə 10 il öncə Aqueranın “90+4″cü dəqiqədə şəhərlilərə çempionluq gətirən qolu təsvir edilib.

Qeyd edək ki, 10 illik “Mançester Siti” karyerası ərzində Aquera 5 dəfə İngiltərə Premyer Liqasının qalibi olub. 16 dəfə kubok sevinci yaşayan futbolçu 390 oyunda 260 dəfə qol vurmağa nail olub. İngiltərə Premyer Liqasında 275 oyunda 184 dəfə fərqlənən argentinalı futbolçu Premyer Liqa tarixində ən çox qol vuran oyunçular arasında olub. Bu mövsüm “Barselona”ya transfer olan Aquera ürəyindəki problemlə əlaqədar olaraq keçən il dekabrın 15-də futbola vida etmişdi.

//Nəzərbəy, Editor.az