“Mançester Siti” klubu oyunlar zamanı azərkeşlərin fizioloji və emosional vəziyyətlərini öyrənə biləcək. Editor.az “Sporx” a istinadən xəbər verir ki, “şəhərlilər” bunun üçün “ağıllı şərf” tətbiqindən istifadə edəcəklər. Şərf ənənəvi şərflər kimi boyundan asılacaq. Azərkeşlərin bədəni ilə təmasda olan şərfdə ürəyin ritmi, bədənin hərarəti və emosional vəziyyət ani məlumatlarla əldə olunacaq. Tətbiqdən nəticəsiz penalti zamanı və son dəqiqədə vurulan qollar zamanı istifadə olunacaq. “Ağıllı şərf”lər 2022/2023 mövsümündə azərkeşlər təqdim olunacaq.
//Nəzərbəy Hacıağayev, Editor.az

