“Mançester Siti”dən “Leyptsiq”əbackend

“Mançester Siti”dən “Leyptsiq”ə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Siti” futbolçusu Angelinyonu satıb.

Editor.az qol.az-a istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi iki mövsümdür icarə əsasında çıxış etdiyi “Leyptsiq”ə birdəfəlik keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyalı oyunçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.

Almaniya təmsilçisi bu transferə görə “şəhərlilər”ə 18 milyon avro ödəyib.

Qeyd edək ki, Angelinyo “Leyptsiq”də keçirdiyi 3 mövsüm ərzində 32 oyuna çıxaraq, 5 qol vurub və 6 qolun ötürməsini verib.