“Mançester Siti”dən Pep Qvardiola qərarıbackend

“Mançester Siti”dən Pep Qvardiola qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasının yarımfinalında dramatik bir şəkildə məğlub olan “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın gələcək taleyi hər kəsə maraqlıdır.

Editor.az İngiltərənin “Daily Star” qəzetinə istinadən xəbər verir ki, “şəhərlilər” yarımfinal fiaskosuna baxmayaraq təcrübəli mütəxəssislə müqaviləni daha bir il uzatmaq istəyirlər.

Britaniya nəşrinin yaydı xəbərdə o da qeyd olunur ki, Qvardiolanın UEFA Çempionlar Liqasını qazanmaq arzusu və əzmi “şəhərlilər” tərəfindən yüksək qiymətləndirilir.

Xatırladaq ki, Pep Qvardiola “şəhərlilər”in baş məşqçi postuna 2016-cı ildə gətirilib. Bu müddət ərzində o baş məşqçi kimi 3 dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Bundan əlavə olaraq Qvardiolanın rəhbərliyi ilə “Mançester Siti” futbolçuları 4 dəfə İngiltərə Liqa kubokunu, 2 dəfə “Kommuniti Sheil” kubokunu, 1 dəfə FA kubokunu başları üzərində qaldırmağa nail olublar. Qvardiolanın baş məşqçi olduğu dönəmdən “Mançester Siti” UEFA Çempionlar Liqasında 1 dəfə final, iki dəfə yarımfinal həyəcanı yaşayıb.

//Nəzərbəy, Editor.az