Avropanın super top klublarının hədəfində olan Erlinq Halanda daha bir elçi düşüb. Editor.az-ın “Sporx”-a istinadən verdiyi məlumata görə, bu dəfə də gənc ulduzla Mançester Siti maraqlanır. Hazırda “şəhərlilər”in əla performans sərgiləməsinə baxmayaraq Pep Qvardiyolanın əsas hədəfi yeni mövsümdə güclü mərkəz hücumçusu axtarmaqdır. “Mançester Siti” bu boşluğu Erlinq Halandı transfer etməklə doldurmaq istəyir. İngiltərə təmsilçisi həm futbolçunun, həm də “Borussiya Dortmunt”un bütün tələblərini həyata keçirməyə hazır olduqlarını bildirib.
Qeyd edək ki, cari mövsümdə “Borusiyya Dortmunt”un heyətinə 20 oyunda 23 qola imza atan futbolçu 5 məhsuldar ötürmə ilə yadda qalıb.
//Nəzərbəy Hacıağayev, Editor.az

