“Mançester Siti” ilə aramızda səviyyə fərqi var” – Sulşerbackend

“Mançester Siti” ilə aramızda səviyyə fərqi var” – Sulşer

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İlk hissədə yaxşı oynadıq. Ancaq bu, yetərli olmadı. Çox güclü bir rəqibə uduzduğumuzu bilməliyik. “Mançester Siti” ilə aramızda səviyyə fərqi var. Bu səbəbdən onlar birinci, biz altıncıyıq. Bunu qəbul etməliyik. Fərqi aradan qaldırmalıyıq”.

Bu sözləri “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer İngiltərə Premyer Liqasında “Mançester Siti”yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

“İkinci hissədə iki asan qol buraxdıq. Halbuki rəqibin fərqlənməyinə imkan verməyə bilərdik. Komanda çox işləməlidir” – deyə o bildirib.

Norveçli mütəxəssis “Mançester Siti” və baş məşqçi Pep Qvardiola haqda müsbət fikirlər səsləndirib: “Qvardiola buradakı çətin olan ilk mövsümündən sonra yaxşı işlər gördü. “Mançester Sit” İngiltərənn ən yaxşı komandasıdır. Qvardiola möhtəşəm işlər görür”.

qol.az