“Mançester Yunayted” yeni transferini rəsmən elan etdibackend

“Mançester Yunayted” yeni transferini rəsmən elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin “Mançester Yunayted” klubu heyətinə yeni oyunçu qatıb. Editor.az “Sporx” a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” heyətini Lisandro Martinezle gücləndirib. Bu barədə klubun rəsmi saytı açıqlama yayıb. Açıqlamaya əsasən Martinizin aid olduğu Hollandiyanın “Ayaks” klubu ilə razılaşma əldə olunub. 24 yaşlı futbolçu həkim müayinəsindən keçəndən sonra onunla 5 illik müqavilə imzalanacaq.

Razılaşmaya əsasən İngiltərə təmsilçisi Hollandiya təmsilçisinə 57 milyon avro ödəyəcək. Bundan əlavə “Ayaks” transferdən 10 milyon avro əlavə gəlir də əldə edəcək.

//Nəzərbəy Hacıağayev, Editor.az