MAQATE Baş Konfransı Zaporojye atom elektrik stansiyasının Ukraynanın tam nəzarətinə qaytarılmasına dair qətnaməni təsdiqləyibbackend

MAQATE Baş Konfransı Zaporojye atom elektrik stansiyasının Ukraynanın tam nəzarətinə qaytarılmasına dair qətnaməni təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş Konfransı Zaporojye atom elektrik stansiyasının dərhal Ukraynanın tam nəzarətinə qaytarılmasına dair qətnaməni təsdiqləyib.

Editor.az bildirir ki, qətnamə Kanada, Finlandiya və Kosta-Rika tərəfindən təklif olunub.

Digər məsələlərlə yanaşı, o, Rusiya Federasiyasını Zaporojye AES-dən bütün hərbi və digər icazəsiz personalı dərhal çıxarmağa və stansiyanı dövlət tərəfindən verilmiş mövcud lisenziyaya uyğun olaraq Ukraynanın səlahiyyətli orqanlarının tam nəzarətinə qaytarmağa çağırır.

Ukraynanın Nüvə Tənzimləmə Müfəttişliyi (SINRU), stansiyanın təhlükəsiz istismarını təmin etmək, Agentliyin Ukrayna Hərtərəfli Təminat Müqaviləsi və Əlavə Protokola uyğun olaraq təhlükəsizlik təminatlarını effektiv və səmərəli şəkildə həyata keçirməsinə nail olmağa çağırılır.

“Biz partnyorlarımıza, hər bir ölkəyə nüvə və radiasiya təhlükəsizliyi təminatlarına əməl olunmasına dəstək verən səslərinə görə minnətdarıq. Zaporojya AES-in Ukraynanın nəzarətində olması sivil dünyanın bizimlə olduğuna sübutdur”, – deyə energetika naziri German Qaluşenko qeyd edib.

//Samir Qurbanov, Editor.az