MAQATE ilə İran arasında razılıq: Qrossi açıqladıbackend

MAQATE ilə İran arasında razılıq: Qrossi açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rafael Qrossinin Tehrana səfəri zamanı üç istiqamətdə razılıq əldə edilib.

Editor.Az Axar.az – a istinadən xəbər verir ki, bu haqda MAQATE bəyanat yayıb.

“Agentlik ilə İran arasındakı əlaqələr bir əməkdaşlıq ruhu içində və geniş qoruma tədbirləri anlaşmasına əsaslanaraq, MAQATE-nin səlahiyyətlərinə və İranın hüquqlarına, öhdəliklərinə uyğun şəkildə aparılacaq. Agentlik ilə İran arasında gərginliyə səbəb olan nüvə tullantılarının təsbit olunduğu üç məntəqəyə dair rəsmi Tehranla təhlükəsizliyin təftişi haqqında əməkdaşlıq davam etdiriləcək. İran bu məsələ ilə bağlı daha çox informasiya və giriş icazəsi vermək barədə üzərinə öhdəlik götürür”, – bəyanatda bildirilib.

Qrossi isə Vyanada jurnalistlərin suallarını cavablandırarkən MAQATE üçün İranın hesabatlarından daha çox təftişə icazə verilməsinin önəmli olduğunu vurğulayıb.