MAQATE-nin baş direktoru Tehrana səfər edəcəkbackend

MAQATE-nin baş direktoru Tehrana səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MAQATE-nin baş direktoru yazda nüvə konfransının keçiriləcəyi Tehrana səfər edəcək.

Editor.az bildirir ki, bu barədə İran tərəfi məlumat yayıb. “Qrossinin səfəri gündəmdədir və üzərində iş gedir, lakin gərgin iş qrafiki səbəbindən MAQATE baş direktorunun respublikaya səfərinin fevral və ya mart aylarında baş tutması ehtimalı azdır”, – İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib.

Xatırladaq ki, daha əvvəl MAQATE rəhbəri bəyan etmişdi ki, İran uranı zənginləşdirməyə davam edir. Və zənginləşdirmə səviyyələri Tehranın bəyan etdiyi dinc məqsədlərindən qat-qat artıqdır. Bu məsələnin müzakirəsi İranda danışıqların əsas mövzusu olacaq.

//Samir Qurbanov, Editor.az