MAQATE-nin baş direktoru Zaporojye Atom Elektrik Stansiyasını müzakirə etmək üçün Rusiyaya gedəcəkbackend

MAQATE-nin baş direktoru Zaporojye Atom Elektrik Stansiyasını müzakirə etmək üçün Rusiyaya gedəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasına (ZAES) dair gələcək əməkdaşlığı müzakirə etmək üçün gələn həftə Rusiyaya gedəcəyini deyib.

“Bütün ortaya çıxan problemləri həll etmək üçün dialoq lazımdır. Ona görə də gələn həftə mən bu dialoqu həyata keçirmək üçün Rusiyada olacağam. Atom elektrik stansiyasının təhlükəsizliyini təmin etmək üçün hər şey edilməlidir”.

Editor.az bildirir ki, bu sözləri Qrossi RFI radiostansiyasına müsahibəsində bildirib. O, danışıqların hansı səviyyədə aparılacağını dəqiqləşdirməyib. MAQATE rəhbərinin sözlərinə görə, Rusiyaya səfəri zamanı o, “Zaporojye AES-in təhlükəsizliyi ilə bağlı bütün məsələləri” müzakirə etməyi planlaşdırır.

Rafael Qrossi bildirib ki, “Rosatom”la müqavilə imzalamaqdan imtina edən 100-ə yaxın əməkdaşın stansiyaya buraxılmaması barədə məlumat alıb. O, Rusiya dövlət korporasiyasının nümayəndələri ilə ünsiyyət zamanı bu vəziyyəti anlamaq niyyətindədir.

//Samir Qurbanov, Editor.az